BAKI, 14 dek — Sputnik. "Rosselxoznadzor" (Rusiyanın Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidməti) Belarus məhsullarına qarşı həddindən artıq əsassız tələblər irəli sürür və öz hərəkətləri ilə sərhəddə Aİİ-nin (Avrasiya İqtisadi İttifaqı) normalarını pozur. Sputnik xəbər verir ki, bu sözləri Belarusun Kənd təsərrüfatı və qida nazirinin müavini İqor Brılo "Belarus 1" telekanalına müsahibəsində deyib.
Ötən həftə Belarus prezidenti Aleksandr Lukaşenko "Rosselxoznadzor"un ünvanına kəskin ifadələr işlədərək, onu Belarus mallarının Rusiyaya idxalına məhdudiyyətlər qoymaqda günahlandırıb. Prezident Rusiyanın Baytarlıq və Fitosanitariyaya Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvertin ünvanına birbaşa ittihamlar səsləndirib.
Ona cavab olaraq "Rosselxoznadzor" bəyan edib ki, Minsk də Rusiya məhsullarına diskriminasiya ilə yanaşır və it və pişiklər üçün qidaya görə razılıq tələb edir. "Biz dialoq apararaq istənilən anlaşılmazlığı aradan qaldırmağa hazırıq, əgər bu varsa" — deyə Brılo bildirib.
O, həmçinin əlavə edib ki, "Rosselxoznadzor"un Belorusa qarşı hər bir iradı dərindən analiz edilir, sual doğuran müəssisələrin bütün istehsal zəncirinə nəzarət mövcuddur. Nazir müavini bildirib ki, Belarusun qida məhsullarının saxtalaşdırılmış keyfiyyətsiz variantlarına tez-tez rast gəlinir. Aydınlaşdırılıb ki, Şuçinski yağ-pendir zavodunun məhsullarının saxtalaşdırılması ilə bağlı 12 halla rastlaşıblar.
Nəticədə isə bununla heç bir əlaqəsi olmayan məhsulların Rusiya bazarına çıxışına qadağa qoyulur. "Biz hər bir faktla bağlı bir neçə material göndərmişik. Araşdırmalar göstərir ki, elə məhsullar Belarus ərazisindən xaricə buraxılmır", — deyə Brılo bildirib.
Öz növbəsində Belarusun Kənd Təsərrüfatı və Qida Nazirliyinin Baytarlıq və qidaya nəzarət Departamentinin direktor müavini Aleksandr Kutsko bəyan edib ki, Rusiya-Belarus sərhəd-buraxılış məntəqəsində belə bir neqativ praktika mövcuddur: ""Rosselxoznadzor" Belarus ərzaqlarına qarşı total nəzarət həyata keçirir. Praktiki olaraq hər bir maşındakı malları yerə tökürlər, ona baxış keçirirlər, sonra laborator analizlər üçün nümunələr götürürlər. Bu fəaliyyətlər Avropa İqtisadi İttifaqının təşkili haqqında sazişə və qəbul olunmuş normalara ziddir".
Avrasiya İqtisadi Komissiyası də öz növbəsində bildirib ki, "Rosselxoznadzor"un məhsulların keyfiyyətinin yoxlanılması ilə bağlı istifadə etdiyi metodlar əsassızdır.