Sputnik Azərbaycan mətbuat mərkəzində "2016-cı ildə istehlak səbəti necə artıb" mövzusunda mətbuat konfransı keçirilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu yaxınlarda elektrik enerjisi və qazın qiymətlərinin qalxması ölkədə ərzaq məhsullarının bahalaşmasına səbəb olub.
Aydındır ki, bunun ardınca məhsul və xidmətlərin çoxunun qiyməti qalxacaq.