QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Xalq diplomatiyası Azərbaycanın maraqlarına cavab verir"

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidРазрушенные в ходе войны дома в оккупированном азербайджанском городе Шуша
Разрушенные в ходе войны дома в оккупированном азербайджанском городе Шуша - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "Ermənistan cəmiyyətinin özündə də, artıq Dağlıq Qarabağın onlar üçün yük olduğunu anlayan insanların sayı artır"

BAKI, 8 dek — Sputnik. "Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma" yaradılıb. Bununla bağlı qəbul olunmuş bəyanatı Ermənistan və Azərbaycan tərəfdən, ictimaiyyət tərəfindən tanınmış şəxslər imzalayıblar.

© Sputnik / Murad OrujovElxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq  - Sputnik Azərbaycan
Elxan Şahinoğlu, politoloq

Məsələni Sputnik-ə şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, bu platformanın yaradılması düzgün addımdır: "Müzakirələri davam etdirmək lazımdır. Baxmayaraq ki, işğal faktoru davam edir və ara-sıra hərbi toqquşmalar olur, bizim mövqeyimiz qətiyyən dəyişmir — torpaqlar işğaldan azad olunmalıdır, lazım olsa, hətta hərbi imkanlardan da istifadə etməliyik".

"Bununla bərabər, xalq diplomatiyası da davam etdirilməlidir, çünki Ermənistan cəmiyyətinin özündə də, artıq Dağlıq Qarabağın onlar üçün yük olduğunu anlayan insanların sayı artır. Düşünürəm ki, bu platformanın yaradılması düzgün addımdır", — siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, platformanın yaradılmasının Azərbaycan üçün qorxusu yoxdur: "Çünki platformanın bəndlərində Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağın Azərbaycana qayıtmasının vacibliyi vurğulanır, eləcə də Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusunun müəyyənləşməsi nəzərdə tutulur. Biz elə etməliyik ki, bu platforma çərçivəsində Ermənistanda Azərbaycanın ərazi bütövlüyünü qəbul edən vətəndaşların və ictimai fəalların sayı artsın. Elə platformanın özündə də belə bir bənd var ki, platforma bütün ictimai fəalların qoşulması üçün açıqdır. Önəmli olan erməni ictimai fəalların bu platformaya qoşulmasını təmin etməkdir".

"Düşünürəm ki, zaman keçdikcə belə fəalların sayı artacaq. Əgər indi 3-4 nəfərdirsə, bu proses getdikcə artacaq və xalq diplomatiyasının genişlənməsi sahəsində erməni ictimaiyyətində müzakirələr də genişlənəcək ki, Azərbaycana düşmənçilik və işğalçı siyasət Ermənistanın özünə böyük zərər vurur", — E. Şahinoğlu vurğulayıb.

Qeyd edək ki, "Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma"ya bir çox ictimaiyyət fəalları qoşulub. Onların arasında Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan ("Milli Azadlıq Hərəkatı" ictimai təşkilatının sədri), Syuzan Caqinyan ("Meridian" hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev ("Dağlıq Qarabağın Azərbaycan İcması" İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru) və Şəlalə Həsənova ("İctimaiyyətlə Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyinin sədri) yer alıb.

Xəbər lenti
0