BAKI, 7 dek — Sputnik. Türkiyənin baş naziri Binali Yıldırım Rusiya səfərinin sonuncu günündə Sputnik-in Moskvadakı bürosuna açıqlama verib. O, müsahibəsi zamanı suriyalı müxaliflərlə Rusiya arasında vasitəçilik etdiklərini söyləyib.
"Əlbəttə, bu istiqamətdə ciddi işlər görülür. Suriyadakı böhranın həlli, axan qanın durması üçün bir şeylər eləmək lazımdır. Türkiyə bu istiqamətdə öz töhfələrini verməkdə davam edir və axan qanın durması üçün səylərimizi bundan sonra da davam etdirəcəyik", — Yıldırım bildirib.