BAKI, 7 dek — Sputnik. Rusiya ilə Türkiyə arasında enerji sahəsində ortaq fond yaradılacaq. Sputnik xəbər verir ki, bunu Moskvada jurnalistlərə açıqlama verən Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
— TASS (@tassagency_en) 6 декабря 2016 г.
Rusiyalı həmkarı Dmitri Medvedevlə görüşünün müsbət keçdiyini bildirən Yıldırım, iki ölkə arasında iri layihələrlə əlaqəli birgə fond yaradılacağını söyləyib: "Akkuyu nüvə enerjisi layihəsi bizim üçün strateji layihədir. Daha sonrakı hədəfimiz layihəni bir qədər də sürətləndirib, Türkiyənin qurulmasının yüzüncü ildönümündən (2023) əvvəl, ən azı bir fazanı işə salmaqdır", — Binəli Yıldırım deyib.
— T.C. Başbakanlık (@TC_Basbakan) 6 декабря 2016 г.