BAKI, 6 dek — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırımın Moskvaya səfəri yüksək səviyyəli görüş üçün əsas olacaq.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Türkiyənin baş naziri Binəli Yıldırımla görüşü zamanı bildirib.
“Sizdən prezidentə səmimi salamlarımı və ən xoş arzularımı çatdırmağı xahiş edirəm. “Türk axını” layihəsi üzrə sazişimizin ratifikasiyası haqqında qanunu imzaladığına görə minnətdarlığımızı bildiririk”, — deyə Putin qeyd edib.
Putin “Türk axını”nın Rusiya və Türkiyənin birgə reallaşdıracağı ən iri layihə olduğunu qeyd edib: “Bizim hazırda birgə görəcəyimiz çox işlər var. Mən hesab edirəm ki, sizin səfəriniz Türkiyə prezidenti ilə görüşümüz və sammitin yüksək səviyyədə keçirilməsi üçün əsas yaradacaq”.