BAKI, 6 dek — Sputnik. 1846-cı il dekabrın 6-da Rusiya çarı I Nikolay Cənubi Qafqazda bəy və ağaların hüquqları haqqında qanun (reskript) imzalayıb.
Qafqazın ilk canişini qraf S.Vorontsovun təşəbbüsü ilə hazırlanan sənəd çar Rusiyasının işğal etdiyi Azərbaycan torpaqlarında bəy və ağaların mülkiyyət hüquqları, onların kəndlilərlə münasibətləri və s. əksini tapmışdı.
1841-ci ildə azərbaycanlı bəy və ağaların torpaqlarının müsadirə olunması barədə qanun verilməsi yerlərdə üsyanlara səbəb olmuşdu və onun icrası dayandırılmışdı. Yeni qanunda ilk dəfə olaraq bəy və ağalara məxsus torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq olunurdu.