BAKI, 6 dek-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü 2017-ci ilin birinci yarısına planlaşdırılıb.
Sputnik-in məlumatına görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşün nəticələrinə həsr edilən mətbuat konfransında bildirib.
"Biz gələcək fəaliyyətimiz, layihələrin hazırlanması istiqamətində işlərin sürətləndirilməsində, eləcə də Ali Əməkdaşlıq Şurasının iclası üçün vacib sənədlərin hazırlanmasında razılığa gəldik. Prezidentlər səviyyəsində keçirilən Şuranın iclası gələn ilin birinci yarısına planlaşdırılır" — D.Medvedev vurğulayıb.