BAKI, 5 dek — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım Rusiyaya rəsmi səfərə gedib. Sputnik xəbər verir ki, baş nazirin səfərinin gündəliyində bir neçə vacib məsələlər durur.
Onlardan ən əsası iki ölkə arasında viza rejiminin ləğvidir. Türk tərəfi bu istəyini Moskvaya ilk dəfə olaraq baş nazir səviyyəsində çatdıracaq.
Bundan başqa, dövlətlər arasında ticarətin yerli məzənnələrlə, yəni türk lirəsi və rus rublu ilə aparılması, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü, Suriya və İraqdakı mövcud vəziyyət də gündəlikdə olacaq.
Binəli Yıldırımın səfəri dekabrın 7-i başa çatacaq.