QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərazilərimiz minaatanlardan atəşə tutulub

© Sputnik / Ramil IbrahimovCəbhə bölgəsi
Cəbhə bölgəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 4 dek — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər lenti
0