Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dörd ölkədən dollara ciddi zərbə

CC0 / RJA1988 / dollarDollar, türk lirəsi
Dollar, türk lirəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dollarla bağlı oyununu pozmaq qərarına gəlib.

BAKI, 4 dek — Sputnik. Türkiyə, Rusiya, İran və Çin qarşılıqlı ticarətdə dollardan imtina edərək öz valyutalarından istifadə edə bilərlər. Sputnik-in Hurriyet-ə istinadən verdiyi məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Rusiya, Çin və İran ilə alış-verişimizi yerli pulla həyata keçirmək üçün addımlar atdıq. Sabah axşam baş nazirimiz Rusiyaya gedir. Oralarla ticarətimizi yerli pulla həyata keçirmək üçün addımlar atacağıq. Onlardan nəsə alsaq onların pulu ilə, onlar bizdən alanda bizim pulla alacaqlar. Mərkəz bankına təlimat verdik. Bu oyunlar tutmayacaq. Biz də öz oyunumuzu oynayacağıq", deyə Ərdoğan bəyan edib.

Türkiyə prezidenti həmçinin vətəndaşlara evlərində saxladıqları dollarları qızıla və türk lirəsinə dəyişməyi təklif edib.

Xəbər lenti
0