BAKI, 3 dek – Sputnik. "Ermənistan öz əsgərlərini Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarmalıdır".
Sputnik xəbər verir ki, bunu Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Qonaq nazir bildirib ki, Elmar Məmmədyarovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzilmlənməsi geniş müzakirə olunub, Rusiya başda olmaqla, digər ölkələrlə bu barədə aparılan müzakirələr də diqqət mərkəzində olub.
Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-ə çağırış edərək, səylərini artırmasını istəyib.