Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan Türkiyəyə şad xəbər

© Sputnik / Aleksandr Natruskin / Mediabanka keçidRusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov
Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksey Meşkov: "İki ölkə arasında ticarət əlaqələrini gücləndirmək üçün şərait yaratmaq vacibdir və Kreml buna hazırdır"

BAKI, 2 dek — Sputnik. "Türkiyədə təhlükəsizliyin hələ də tam normal olmadığını nəzərə alaraq, ilk addım kimi xidməti pasportu olanlara vizasız rejim tətbiq etməyə hazırıq".

Sputnik Milliyet-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrini gücləndirmək üçün şərait yaratmaq vacibdir və Kreml buna hazırdır.

Xatırladaq ki, bu ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Rusiya prezidenti Vladimir Putin bu ölkə vətəndaşlarına tətbiq edilən viza rejimini addım-addım aradan qaldırmağa hazır olduqlarını bildirmişdi.

Xəbər lenti
0