BAKI, 30 noy — Sputnik. "Cənab Ərdoğanın Bəşər Əsəd haqda söylədikləri Alaniyada müzakirə ediləcək".
Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. O, bildirib ki, Türkiyə prezidentinin Bəşər Əsəd haqqında sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı müzakirə mövzusu olacaq.
"Yəqin ki, Alaniyadaki Çavuşoğlu-Lavrov görüşündə Ərdoğanın məqsədinin nə olduğu aydınlaşacaq", — Boqdanov deyib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə İstanbulda keçirilən Beynəlxalq Qüds Simpoziumunda, türk ordusunun Suriyada başlatdığı əməliyyatda əsas məqsədin Bəşər Əsəd hakimiyyətinə son qoymaq olduğunu söyləyib. "Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur. Biz istəyirik ki, o torpaqlar gerçək sahiblərinin olsun. Türk ordusunun məqsədi oralarda dövlət terroru həyata keçirən Bəşər Əsəd hakimiyyətinə son qoymaqdır", — deyə prezident əlavə edib.