BAKI, 23 noy — Sputnik. Paris məhkəməsi, Sputnik-in də tərkibində olduğu, "Rossiya seqodnya" və "RİA" xəbər agentliklərinin bank hesablarının dondurulması qərarını ləğv edib. Sputnik xəbər verir ki, məhkəmə sözügedən yayım orqanlarının fəaliyyətində heç bir qanunsuzluq olmadığına qərar verərək, bank hesablarının dondurulmasını düzgün hesab etməyib.
Xatırladaq ki, "Rossiya Seqodnya"nın Fransadakı ofisinin bank hesabları, keçmiş rus neft şirkəti "Yukos"un Parisdə qaldırdığı bir iddia əsasında, 2015-ci ilin iyununda dondurulmuşdu.