BAKI, 16 noy — Sputnik. Məşhur italiyalı aktrisa Ornella Muti Rusiya vətəndaşı olmaq istəyir. Sputnik sabah-a istinadla xəbər verir ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putinin rəhbərlik etdiyi bir xeyriyyə tədbirinə qatılmaq üçün aldığı saxta hesabat səbəbindən həbs və pul cəzasına məhkum edilən Muti, Moskvada aldığı mənzilinə daşınıb.
Bir rus kişiyə aşiq olan Muti, Rusiya vətəndaşlığı almaq istədiyini söyləyib. Məşhur aktrisa rus sevgilisinin adını çəkməyib.