QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Serj Sarkisyan: "Mən Azərbaycan Prezidentinə zəng vurub məlumat verə bilərəm"

© RA President's Press ServiceErmənistan prezidenti Serj Sarkisyan və "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov
Ermənistan prezidenti Serj Sarkisyan və Rossiya seqodnya BİA-nın baş direktoru Dmitri Kiselyov - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan prezidenti: "Yerevan və Bakı arasında "qaynar xətt"in yaradılmasının, bu halda vəziyyəti nəzarətə götürməyin və bizimkilərin atəş açıb-açmadığı barədə dəqiq məlumat əldə etməyin tərəfdarıyam"

BAKI, 16 noy — Sputnik. Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda təmas xəttində baş verənlərə operativ reaksiya vermək üçün Bakı və Yerevan arasında "qaynar xətt" yaradılmasının tərəfdardır. Bu barədə o, Sputnik-ə müsahibəsində deyib.

Azərbaycan prezidenti İlham Əliyevin Sputnik-ə müsahibəsi - Sputnik Azərbaycan
İlham Əliyev: "Dağlıq Qarabağa dair məqbul güzəşt mümkündür"

"Bəlkə də biz hadisələrə operativ reaksiya versək, bunun faydası olacaq. Tutaq ki, təmas xəttində kimsə atəş açır və bizim məlumatlara görə, atəş açan azərbaycanlılardır. Mən dəstəyi qaldırıb Azərbaycan Prezidentinə zəng edirəm və deyirəm "atəş açırlar". Və o, bu məlumatı yoxlayır", — deyə Sarkisyan "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, o, Yerevan və Bakı arasında bu cür "qaynar xətt"in yaradılmasına tərəfdardır: "Mən bu halda vəziyyəti nəzarətə götürməyin və bizimkilərin atəş açıb-açmadığı barədə dəqiq məlumat əldə etməyin tərəfdarıyam. Təbii ki, Azərbaycan rəhbərindən də eyni yanaşmanı gözləyirəm".

O, 1990-cı illərdə "qaynar xətt" yaratmaq cəhdinin olduğunu xatırladıb: "Belə bir cəhd hələ 1990-cı illərin əvvəllərində olub. Mən onda Ermənistanın müdafiə naziri idim və bizim Azərbaycanın müdafiə naziri ilə birbaşa əlaqəmiz var idi. Biz ekstremal vəziyyətlərdə əlaqə saxlaya bilirdik. İndi isə bu, yoxdur".

Xəbər lenti
0