Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı deputatdan mühüm açıqlama: "İraq və Suriyanın şimalı türk torpaqlarıdır"

© Photo : panoramio.comSuriyada "Süleyman şah" türbəsi
Suriyada Süleyman şah türbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Jirinovski: "Rusiya üçün Krım və Donbas nə anlama gəlirsə, Türkiyə üçün də İraqın və Suriyanın şimalı elədir"

BAKI, 16 noy — Sputnik. Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Yaxın Şərq bölgəsinin vaxtilə Osmanlı torpağı olduğunu deyib. O, əlavə edib ki, Türkiyənin İraqın və Suriyanın şimalında tarixi haqqı var.

© Photo : LENTARusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski
Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski - Sputnik Azərbaycan
Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski

Sputnik xəbər verir ki, Jirinovski bu barədə Rossiya 1 telekanalında yayımlanan "Veçer" proqramında danışıb. "Türklər İraqın və Suriyanın şimalını birləşdirmək istəyirlər. Onların buna haqqı çatır", — Jirinovski qeyd edib.

"Daha əvvəl bu torpaqlar Osmanlı İmperatorluğuna aid idi. Lozanna müqaviləsindən sonra sərhədlər dəyişdi. Bu da türklərin mənafeyinə cavab vermir", — deyə partiya rəhbəri bildirib.

Vladimir Jirinovski sözlərinin davamında deyib: "Türkiyə üçün İraqın və Suriyanın şimalı, bizim Kırım və Donbas kimidir. Türkiyə orada etmək istədiyini etsin, biz isə buna gözlərimizi bağlayaq".

Onun sözlərinə görə, burada söhbət İraqın və Suriyanın şimalından gedir: "Bu bölgələr Moskvadan idarə edilə bilməz ki. Bu barədə Rusiya olaraq düşünməyimiz lazımdır".

"Rusiya üçün Krım və Donbass nə anlama gəlirsə, Türkiyə üçün də İraqın və Suriyanın şimalı elədir. Krım və Donbas rus dünyasının bir parçasıdır. Orada hər zaman ruslar yaşadılar. Şimali İraq və Şimali Suriya da türk torpaqları idi. Ona görə düşünürəm ki, Rusiya və Türkiyə o bölgələr barədə razılaşmalıdır", — siyasətçi vurğulayıb.

Xəbər lenti
0