BAKI, 15 noy — Sputnik. Rusiya İstintaq Komitəsi iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açıb.
RIA Novosti-nin verdiyi xəbərə görə, nazir artıq saxlanılıb.
İstintaq Komitəsinin məlumatına görə, Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, nazir rüşvət alan zaman saxlanılıb.
Aleksey Ulyukayev 2013-cü il iyunun 24-dən iqtisadi inkişaf naziri vəzifəsində çalışırdı.