BAKI, 10 noy — Sputnik. "Biz ümid edirik ki, ABŞ-da keçirilmiş prezident seçkilərindən sonra bu ölkənin Rusiya ilə münasibətləri normallaşmağa doğru gedəcək".
Sputnik Rusiya NTV-nə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, ABŞ-ın yeni prezidenti ilə çalışmağa hazır olduqlarını da bildirib: "Düşünürük ki, hazırda elə də yaxşı olmayan Rusiya-ABŞ münasibətləri düzələcək. Bu, hər iki xalqın, eləcə də dünya ictimaiyyətinin maraqlarına cavab verir".