Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Hədə-qorxuya baxmayın, NATO Rusiya ilə hərbi qarşıdurmaya getməz"

© AP Photo / Mindaugas KulbisNATO ordusu
NATO ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Şimal Alyansı ilə Rusiya arasındakı gərginliyin genişmiqyaslı müharibəyə gətirib çıxaracağını istisna edirlər

BAKI, 7 noy — Sputnik. "Rusiya ilə münasibətlərimiz gərgindir. Bu səbəblə yüz minlərlə hərbçimizi döyüş hazırlığı vəziyyətinə gətirməyi planlaşdırırıq".

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

Sputnik xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib. Onun sözlərinə görə, NATO rəhbərliyi Rusiyadan gələ biləcək təhlükənin qarşısını almaq üçün, quru qoşunları üçün çoxlu sayda hərbçi hazırlamaq niyyətindədir. Baş katib, həmçinin deyib ki, NATO uzun illər Rusiyanın gücünü artırdığını, eləcə də müttəfiqləri arasında fəal təbliğat apardığını müşahidə edib.

Baş katibin təhlükəli bəyanatını Sputnik-ə dəyərləndirən politoloq Fikrət Sadıxov, NATO ilə Rusiya arasında genişmiqyaslı müharibə ehtimalını istisna edir: "Belə bir bəyanatların verilməsi Rusiya ilə Qərb arasındakı gərgin geosiyasi qarşıdurmanın nəticəsidir. Ancaq mən inanmıram ki, genişmiqyaslı müharibə başlaya bilər. Lakin ayrı-ayrı toqquşmalar istisna deyil".

F. Sadıxov aradakı təzyiqi azaltmaq üçün, həm Rusiyanın, həm də NATO-nun qarşılıqlı sülhməramlı addımlar atmasının vacibliyini vurğulayıb: "NATO-nun əsas oyunçusu Amerika Birləşmiş Ştatlarıdır. İndi hal-hazırda bu ölkədə seçkilər gedir. Hələ kimin seçiləcəyi məlum deyil. Seçilən prezident özünü necə aparacaq? Rusiya ilə münasibətləri necə quracaq? O da bəlli deyil. NATO mücərrəd bir anlayışdır. Təşkilatın güclü oyunçuları var. Və bütün planları NATO-ya daxil olan əsas oyunçular həll eləyir və həyata keçirir. Bu, məsələnin bir tərəfidir, digər tərəfi ondan ibarətdir ki, qarşıdurma hələ davam edəcək. Və bu qarşıdurmanın nəticələri acınacaqlı da ola bilər".

"Bu təzyiqi azaltmaq üçün qarşılıqlı sülhməramlı addımlar atılmalıdır. Çünki "soyuq müharibə" zamanında da gördük ki, bu qarşıdurmalar yaxşı nəticələrə gətirib çıxarmayıb. Nəticədə xalqlar və sıravi insanlar bundan əziyyət çəkiblər", — siyasi şərhçi bildirib.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hesab edir ki, bir çox NATO ölkələri Rusiya ilə gərginlikdə maraqlı deyil. "Baş katibin dedikləri uğurlu bir bəyanat deyil. Həm də güman etmirəm ki, bu, onun səlahiyyətinə daxil olan fikirdir", — o, Sputnik-ə açıqlamasında qeyd edib.

© SputnikQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Qabil Hüseynli, politoloq

Q. Hüseynliyə görə, əksinə bir çox amerikalı və avropalı hərbçilər təşkilatı Rusiya ilə qarşıdurmadan çəkinməyə çağırırlar: "Hətta Rusiyanın özünü NATO-ya dəvət etməyi planlaşdırırlar. Bu şəxsin özü iki gün əvvəl Rusiyanın təşkilata dəvət edilməsi barədə fikir söyləmişdi. İndi birdən-birə Stoltenberqin belə açıqlama verməsi Rusiyanı qorxutmaqdan başqa heç bir xarakter daşımır".

"NATO ölkələrinin çoxu Rusiya ilə hərbi qarşıdurmaya getmək fikrində deyil. Çünki onlar Rusiya kimi nəhəng bir dövlətin onlara qarşı əzələ nümayiş etdirməsindən çəkinirlər. Dünya sülhə, barışa, tolerantlığa susayıb. İndiki anda müharibə bəşər sivilizasiyasının sonunu gətirə bilər. Bunu isə ağlı başında olan heç bir siyasətçi, nə də insan istəməz", — politoloq vurğulayıb.

Xəbər lenti
0