Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Hələbdə yeni humanitar fasilə tətbiq edir

© Sputnik / Maksim Blinov / Mediabanka keçidSuriyada Rusiyadan gətirilmiş humanitar yardımın paylanması, arxiv şəkli
Suriyada Rusiyadan gətirilmiş humanitar yardımın paylanması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

BAKI, 2 noy — Sputnik. Rusiya Suriyanın Hələb şəhərində növbəti humanitar fasilənin tətbiq olunması barədə qərar verib.

RİA Novosti-nin məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov bildirib.

O deyib ki, Hələbdə atəşkəs rejimi noyabrın 4-də saat 09-dan 19-a kimi tətbiq olunacaq: “Bu qərar prezident Vladimir Putinin tapşırığı ilə mənasız qurbanların olmaması üçün qəbul olunub. Qərar Suriya rəhbərliyi ilə razılaşdırılıb".

Gerasimovun sözlərinə görə, bu müddət ərzində Suriyadakı Rusiya Barışdırıcı Mərkəzinin yardımı ilə dinc əhali münaqişə bölgəsindən humanitar dəhliz vasitəsilə çıxarılacaq.

Xəbər lenti
0