Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı jurnalist Rusiyanın NTV telekanalında işə başlayıb

© SputnikAzərbaycan əsilli jurnalist İradə Zeynalova
Azərbaycan əsilli jurnalist İradə Zeynalova - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalist Birinci kanaldakı iş yerindən ayrılıb

BAKI, 2 noy-Sputnik. Birinci kanaldakı 13 illik fəaliyyətindən sonra Azərbaycan əsilli jurnalist İradə Zeynalova Rusiyanın NTV telekanalına keçib.

Sputnik-in məlumatına görə, xəbəri NTV-nin mətbuat xidməti təsdiqləyib. Amma telekanal aparıcının yeni iş yerində məhz hansı işlə məşğul olacağını açıqlamayıb. Mətbuat xidməti detallar barədə daha sonra məlumat verəcəyini bildirib.

Qeyd etmək lazımdır ki, Zeynalova 4 il ərzində apardığı həftənin yekunlarına həsr olunmuş “Bazar vaxtı” («Воскресное время») proqramından gedəndən sonra onun tezliklə yeni layihə ilə ortaya çıxacağı bildirilirdi.

İradə Zeynalova RTR-də (hazırda “Rossiya 1”) 1997-ci ildən 2003-cü ilə qədər çalışıb, sonra isə Birinci kanala keçib (2003-2016).

Bu ilin avqustunda məlumat yayılmışdı ki, Birinci kanal bazar günü efirə gedən həftənin yekunlarına dair “Zaman”  (“Bazar vaxtı”) analitik proqramının simasını dəyişməyi planlaşdırır.

Zeynalovanı Birinci kanalda “Ekspert” mediaholdinqinin baş direktoru Valeri Fadeyev əvəz edəcək. 

Xəbər lenti
0