BAKI, 2 noy — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın “Su-24” hərbi təyyarəsinin ölən pilotunun həyat yoldaşından üzr istəməyə hazır olduğunu bildirib.
Sputnik-in məlumata görə, Çavuşoğlu bunu Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
“Rusiya xarici işlər naziri Sergey Lavrova da demişəm ki, əgər ölən rusiyalı pilotun xanımı razılıq versə, üzr istəmək və başsağlığı vermək üçün ona baş çəkmək istərdim”, — deyə o vurğulayıb.
Qeyd edək ki, 2015-ci ilin noyabrında Türkiyə qırıcı təyyarəsi Suriya-Türkiyə sərhədini keçən Rusiya hərbi təyyarəsinə raket zərbəsi endirib. Nəticədə “Su-24” tipli hərbi təyyarənin pilotu Oleq Peşkov və Konstantin Muraxtin katapult edib. Muraxtin xilas olsa da, Peşkov güllələnib. Bu il iyunun 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubda baş vermiş hadisə ilə əlaqədar üzrhaxlıq edib.