BAKI, 1 noy – Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Hulusi Akar Rusiya paytaxtına səfər edib.
Sputnik Haber7-yə istinadən xəbər verir ki, türk ordu generalı rusiyalı həmkarı Valeri Gerasimovla görüşəcək.
Görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlıq, habelə Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov, bu il sentyabrın 15-də Türkiyədə səfərdə olub.