BAKI, 1 noy – Sputnik. ABŞ-a aid HHM (Hava Hücumundan Müdafiə) sistemi Rusiyanın strateji obyektlərinə zərbə endirmək üçün istifadə oluna bilər.
Sputnik xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev açıqlama verib.
Amerikalı dostlarımızın “Rusiya təhülkəsindən müdafiə” çıxışları bəzi suallar doğurur. Onlar sərhədlərimizdə HHM sistemləri quraşdırırlar. Bu qurğulardan buraxılan raketlərin radiusunda bizim strateji obyektlərimiz yerləşə bilər. Amerikalılar bunu inkar edir, ancaq real faktlar təqdim edə bilmirlər” – Patruşev bildirib.