QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sutka ərzində atəşkəs rejimi 31 dəfə pozulub

Abunə olmaq
Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonu yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 29 okt — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər lenti
0