BAKI, 27 okt — Sputnik. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya təyyarələrinin Suriyanın Hələb şəhəri və yaxınlığında uçuş həyata keçirmədiyini bildirib. Sputnik xəbər verir ki, Konaşenkov, Hələbdəki silahlıların yaşayış yerlərinə atəş açdığını, vətəndaşların etibarlı bölgələrə çıxmasına mane olduğunu vurğulayıb.
"Rusiya və Suriya hava qüvvələrinin təyyarələri doqquz gündür Hələbdə uçuş həyata keçirmir və şəhərin ətrafındakı on kilometr genişliyindəki sahəyə yaxınlaşmır", — o deyib.
İqor Konoşenkov əlavə edib ki, rusiyalı və suriyalı əsgərlərin, təxminən 40 vətəndaşı Hələbin etibarlı bölgələrinə keçirmə cəhdi, dünən gecə terrorçuların atəşi nəticəsində əngəllənib.
Xatırladaq ki, Rusiya və Suriyanın hərbi hava qüvvələri, sivil vətəndaşların və silahlı müxaliflərin Hələbin şərq bölgələrindən çıxması üçün 18 Oktyabrda hava əməliyyatlarını dayandırmışdı.