BAKI, 26 okt — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedevin də iştirak etdiyi Skolkovo “Açıq innovasiya” forumunun plenar sessiyası yarımçıq dayandırılıb.
RİA Novosti xəbər verir ki, bunun səbəbi zalda yad səs eşidilməsi ilə izah edilib.
Skolkovo yanğın təhlükəsizliyi xidmətindən bildiriblər ki, insident günbəzdəki elektrik naqillərindəki qısaqapanmadan baş verib.
Sessiya iştirakçıları təxliyə olunublar.