Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya "Türk axını"nın Avropaya genişlənməsi şərtini açıqladı

© Sputnik / Murad OrujovSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Lavrov: ""Cənub axını" ilə bağlı uğursuzluqdan sonra kəmər xəttini Avropa İttifaqı ərazisinə, yalnız ikibaşlı olmayan, kağız üzərində təminatdan sonra verə bilərik"

BAKI, 25 okt — Sputnik. Rusiya "Türk axını" qaz kəmərinin Avropaya tərəf genişlədirilməsi ilə bağlı şərtini açıqlayıb. Sputnik xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov "bu, ancaq o zaman baş tuta bilər ki, Avropa İttifaqı kəmərə yazılı şəkildə təminat versin" deyib.

Vladimir Putin - Recep Tayyip Erdoğan - Sputnik Azərbaycan
Rusiya ilə Türkiyə arasında "Türk axını" üzrə saziş imzalanıb

""Cənub axını" ilə bağlı uğursuzluqdan sonra kəmər xəttini Avropa İttifaqı ərazisinə, yalnız ikibaşlı olmayan, kağız üzərində təminatdan sonra verə bilərik", — Lavrov bildirib.

O, Türkiyə və Rusiya arasında Avropaya, ilk növbədə Yunanıstana qaz kəməri çəkilməsini nəzərdə tutan müqavilə imzalandığını xatırladıb.

Qeyd edək ki, "Türk axını" ilə bağlı müqavilə 10 oktyabrda imzalanıb. 12 oktyabrda isə Türkiyə kəmər üzrə işlərin başlaması ilə bağlı "Qazprom"a icazə verib. 2017-ci ildə dəniz hissəsinin tikilməsi planlaşdırılan borunun 2019-cu ildə tam başa çatacağı gözlənilir.

Xəbər lenti
0