Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İki neft nəhəngindən önəmli mesajlar

© REUTERS / Ramzi BoudinaЭмблема лого на неформальной встрече стран-членов ОПЕК в Алжире
Эмблема лого на неформальной встрече стран-членов ОПЕК  в Алжире - Sputnik Azərbaycan
Abunə olmaq
Xalid əl-Falih: Səudiyyə Ərəbistanı ilə Rusiyanın bəyan etdiyi mövqe neft bazarı üçün müsbət mesajdır.

BAKI, 23 okt-Sputnik. "OPEK-in (OPEC) noyabrın sonlarında keçiriləcək toplantısında neft istehsal edən ölkələrin ümumi razılığa gələcəyinə ümid edirik."

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bunu rusiyalı həmkarı Aleksandr Novakla görüşdə deyib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı neft bazarının stabilləşdirilməsi niyyətindədir və Səudiyyə Ərəbistanı ilə Rusiyanın bəyan etdiyi mövqe neft bazarı üçün müsbət mesajdır.

OPEK-in sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşündə neft hasilatının gündəlik 32,5-33 milyon barel həcmində məhdudlaşdırılması razılaşdırılıb. Amma hər bir ölkə üçün konkret limitə dair razılaşma hələ əldə olunmayıb.

Yekun qərar OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi toplantısında qəbul edilməlidir. OPEK neft bazarında stabilləşmə ilə bağlı tədbirlərə Rusiya, Azərbaycan və digər neft hasil edən ölkələrin də qoşulmasını istəyir.

Xəbər lenti
0