BAKI, 20 okt — Sputnik. "Ölkəmizin şərqindəki problemin həlli üçün yeni "yol xəritəsi" hazırlamağa qərar verdik". Sputnik xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko, "Normand dördlüyü"nün Almaniyadakı yığıncağından sonra jurnalistlərə deyib.
Poroşenkonun bəyanatını Almaniya kansleri Angela Merkel də təsdiqləyib. "Biz yol xəritəsini hazırlamaq üçün ölkələrin xarici işlər nazirliklərinə təlimat verdik", — deyə Merkel bildirib.
Qeyd edək ki, Rusiya, Fransa, Almaniya və Ukraynanın təmsil olunduğu "Normand dördlüyü" oktyabrın 19-da Berlində Suriya məsələsini müzakirə etmək üçün bir araya gəlib.