Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Merkel Suriyaya görə məsuliyyəti Rusiyanın üzərinə atdı

© REUTERS / Fabrizio Bensch/FilesАнгела Меркель, канцлер Германии
Ангела Меркель, канцлер Германии - Sputnik Azərbaycan
Abunə olmaq
Putin "Normand dördlüyü"nün prinsipial məsələlərdə razılığa gəldiyini desə də, Suriyaya münasibətdə gərginlik qalmaqdadır.

BAKI, 20 okt — Sputnik. “Normand dördlüyü” yaxın vaxtda nə etmək lazım olduğu, o cümlədən Ukraynanın cənub-şərqində münaqişə tərəflərini ayırmaq üzrə nə edilməli olduğu barədə razılığa gəlib. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin deyib.

“Birincisi, bu, Minsk müqavilələrinin yerinə yetirilməsinə aiddir. Görüşün bütün iştirakçıları Ukraynanın cənub-şərqindəki münaqişənin həllinin təməlində Minsk müqavilələrinin durmalı olduğunu təsdiqləyiblər. Hamı bu razılaşmalara sadiqliyini təsdiqləyib”, — deyə Putin Berlin danışıqlarının nəticələri haqda bildirib.

Prezident həmçinin qeyd edib ki, görüş iştirakçıları təhlükəsizlik məsələlərinə çox vaxt ayırıblar: “Məsələlərin bundan sonrakı həlli anlamında yaxın zamanda nə edilməli olduğu barədə bir sıra mövqelər üzrə razılığa gəldik”.

Putinin sözlərinə görə, bu məsələlər münaqişə zonasında qüvvələrin aralanması ilə əlaqədardır. “Dördlük” Donbassda ATƏT missiyasını genişləndirməyə hazırlığını təsdiqləyib, xüsusilə söhbət geriçəkmə zonası və ağır texnikanın saxlanılmasından gedir.

Rusiya lideri həmçinin qeyd edib ki, danışıq iştirakçıları Ukrayna üzrə humanitar xarakterli məsələlərin yalnız bir qismi ilə bağlı müəyyənlik yarada biliblər: “Təəssüf ki, burada çox şeyə nail olmaq mümkün olmadı, lakin humanitar xarakterli məsələləri həll etməyə hazırlıq ifadə olundu”.

Almaniya kansleri Angela Merkel isə Suriya üzrə danışıqların nəticələrinə dair mətbuat konfransında Donbasın “Yol xəritəsi”nin bir neçə ay ərzində hazır olmalı olduğunu deyib: “Biz yol xəritəsi üzərində işi xarici işlər nazirlikləri səviyyəsində, intensiv hazırlanması barədə razılığa gəldik”.

Merkel həmçinin Donbasda silahlı qüvvələrin yetişdirilməsi üzrə dörd yeni zonanın yaradılması haqqında razılığı təsdiqləyib: “Üç zonanın yaradılması vaxtı ilk addımlar artıq atılıb, hələ çox iş görmək lazımdır. Daha dörd belə zona yaradılmalıdır”.

Bundan başqa, Merkel Suriyada siyasi prosesin başlanmasına görə Rusiyanın məsuliyyət daşıdığını deyib. “Biz açıq şəkildə bildirdik ki, Rusiya Suriyada siyasi prosesin başlanmasına görə məsuliyyət daşıyır. O məsuliyyət ki, tək bu gün deyil, uzunmüddətli perspektivdə də qüvvədə qalmalıdır. Rusiya humanitar və siyasi sahələrdə mühüm qərarlar verməlidir”, — deyə A.Merkel bildirib.

Qeyd edək ki, oktyabrın 19-da Berlində keçirilən danışıqlarda Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri iştirak ediblər. Danışıqlar üç saatdan artıq davam edib. Görüşdən bir gün əvvəl isə Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub. Söhbət zamanı Hələb ətrafında və ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunub.

Xəbər lenti
0