QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Azərbaycan bundan artıq nə güzəşt edə bilər?!"

© Trendİlham Əliyev və Serj Sarkisyanın Minsk qrupu həmsədrləri ilə birgə görüşü
İlham Əliyev və Serj Sarkisyanın Minsk qrupu həmsədrləri ilə birgə görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyevin Dağlıq Qarabağa dair bəyanatını şərh edən ekspertlərin fikrincə, Azərbaycan iki böyük problemi həll edə bilər

BAKI, 19 okt — Sputnik. "Prezidentin Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqındakı bəyanatına müsbət baxıram". Bunu Sputnik-ə açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

© Sputnik / Murad OrujovMillət vəkili Fəzail İbrahimli
Millət vəkili Fəzail İbrahimli - Sputnik Azərbaycan
Millət vəkili Fəzail İbrahimli

Onun sözlərinə görə, bu bəyanat dünya ictimaiyyətinə verilən açıq mesajdır: "Prezident İlham Əliyevin Sputnik beynəlxalq informasiya agentliyinə verdiyi müsahibəsini izlədim. Dövlət başçısının "Dağlıq Qarabağa muxtariyyət verilə bilər" bəyanatı dünya ictimaiyyətinə birbaşa mesajdır. Həmçinin də ermənilərin işğalçılıq düşüncələrinə son qoyulmasıdır".

"Yadınıza salım ki, Sovet dövründə Qarabağa ərazi muxtariyyəti verilmişdi. Bu, millətlərin öz müqəddəratını təyin etmə haqqında beynəlxalq konvensiyalara uyğundur. Bununla biz iki böyük problemi həll etmiş oluruq: İşğal rejiminə son qoyulur, Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Və Qarabağda yaşayan ermənilərə də, öz müqəddəratını təyin etmə, yəni muxtariyyət statusu verilir. Bu Azərbaycan tərəfdən edilə biləcək ən böyük güzəştdir", — deyə F. İbrahimli bildirib.

Son vaxtlar Qarabağ probleminin həllinə dair həm Ankaradan, həm də Moskvadan müsbət açıqlamaların verilməsinə dair sualı da cavablandıran millət vəkili deyib ki, rəsmi Bakının tam etibar edəcəyi yeganə dövlət Türkiyədir: "Türkiyənin münasibəti həqiqətən də istiqanlıdır. Və səmimi şəkildə çalışır ki, bu problem beynəlxalq hüquqa uyğun həllini tapsın. Əlbəttə, Rusiya rəsmilərinin bəyanatları da xoşdur, ümid yaradır. Ancaq bilmək lazımdır ki, bu çıxışlar nə dərəcədə səmimidir".

Mövzunu Sputnik-ə dəyərləndirən, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli, Prezidentin müsahibə zamanı "ən yüksək status" sözünü işlətməsinə diqqət çəkib: "Yəni Muxtar Respublikadan bəhs edib. Bu, həm də özünü idarə etmək hüququ deməkdir. Muxtar Respublika demək, müstəqilliyə ən yaxın status deməkdir. Azərbaycan tərəfi bundan artıq nə edə bilər?".

© SputnikQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Qabil Hüseynli, politoloq

Q. Hüseynlinin sözlərinə görə, əgər bu məsələdə razılıq əldə olunsa və Dağlıq Qarabağa muxtar respublika statusu verilsə, belə olan halda, o bölgənin əhalisi əsas büdcədən dotasiya ala bilər: "Həmçinin də Milli Məclisdə təmsil olunma haqları doğar".

Xatırladaq ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev iki gün öncə Sputnik-ə müsahibəsi zamanı, rəsmi Bakının Yerevan tərəfinə edilə biləcək maksimum güzəştin Dağlıq Qarabağa muxtariyyət verilməsi ola biləcəyini söyləyib.

Xəbər lenti
0