BAKI, 18 okt — Sputnik. "Ötən ilin noyabrında rus təyyarəsinin vurulması hadisəsinin arxasında xarici güclər ola bilər". Azərbaycan prezidenti İlham Əliyev Sputnik-ə müsahibəsi zamanı belə deyib.
Prezident bildirib ki, Rusiya ilə Türkiyənin yaxınlaşmasından narahat olan qüvvələr çoxdur: "Moskva-Ankara münasibətlərinin yaxınlaşmasını narahatlıqla izləyən xarici qüvvələr var. Düşünürəm ki, ötən il baş verən təyyarə böhranının arxasında həmin güclər dayana bilər. Mən bu fikirləri obyektiv müşahidələrimə əsasən deyirəm".
İlham Əliyev Rusiya ilə Türkiyə arasındakı əlaqələrin yenidən normallaşmasını ədalətin bərpası kimi dəyərləndirib: "Bu, ədalətin yenidən bərpa olunmasıdır və faciəvi anlaşılmazlığın ortadan qaldırılmasıdır".