Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Azərbaycan ilk mərhələdə 5 rayonun qaytarılmasına müsbət yanaşacaq"

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidAzərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Vladimir Putinin Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatı ümidverici hesab edirlər

BAKI, 17 okt — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyi xəbərini vermişdik. Sözügedən yığıncaqda Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacib olduğunu vurğulayıb.

Putin, Ərdoğan və Əliyev - Sputnik Azərbaycan
TƏHLİL
İşğal altındakı torpaqlarımızın geri qaytarılması reallaşır

"KTMT xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən İrəvanda Qarabağ problemini müzakirə etdik", — Putin bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Qarabağla bağlı gündəm yaradan açıqlamalar verib. Türkiyəli nazir, münaqişənin həlli ilə bağlı Rusiya tərəfinin maraqlı təklif irəli sürdüyünü və rəsmi Ankaranın bu təklifə dəstək verdiyini söyləyib.

Çavuşoğlu Rusiyanın təklifinin nə olduğunu da açıqlayıb: "Rusiya bizimlə 5 rayonun qaytarılması ideyasını paylaşdı, biz də dəstəklədik. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik. Əgər bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik. Biz Ermənistanla da münasibətlərin normallaşmasını istəyirik".

Həm Vladimir Putinin İrəvandakı bəyanatını, həm də Mövlud Çavuşoğlunun açıqlamalarını Sputnik-ə dəyərləndirən Türkiyənin TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti, politoloq Toğrul İsmayıl deyib ki, ilk mərhələdə beş rayonun qaytarılması müsbət addımdır: "Cənab Putinin İrəvanda dedikləri siyasi xadim üçün gərəkli açıqlamalardır. Əlbəttə, ilkin mərhələdə beş rayonun qaytarılması təklifi müsbət qarşılanmalıdır".

"Bölgədə gərginliyin azalması üçün belə bir addım atıla bilər. Ancaq mən düşünmürəm ki, qısa zaman ərzində Dağlıq Qarabağ bütövlükdə Azərbaycana qaytarılacaq və işğalçı ordu o əraziləri tərk edəcək. Yəni bugünkü mərhələdə Dağlıq Qaqabağ böhranının tamamilə həllinə inanmıram", — siyasi şərhçi qeyd edib.

© Photo : şəxsi facebook səhifəsindənToğrul İsmayıl, politoloq
Toğrul İsmayıl, politoloq - Sputnik Azərbaycan
Toğrul İsmayıl, politoloq

T. İsmayıl problemin birdəfəlik həllində Rusiyanın xüsusi rola malik olduğunu qeyd edib: "Əgər Rusiya istəsə, münaqişə qısa zamanda həll oluna bilər. Hələlik isə Moskvanı regionda nüfuz sahibi olmaq daha çox maraqlandırır".

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi ilkin etapda beş rayon təklifinə müsbət yanaşacaq, amma bununla kifayətlənməyəcək: "Rəsmi Bakının izlədiyi siyasət sülhyönümlüdür. Yəni istənilən müsbət addıma dəstək verəcək. Ancaq bu, o demək deyil ki, Azərbaycan beş rayonun qaytarılması ideyası ilə razılaşacaq. Bu, heç vaxt olmayacaq".

Keçmiş millət vəkili Pənah Hüseyn isə Sputnik-ə deyib ki, Azərbaycan cəmiyyəti bir çox hallarda passiv görünsə də, Qarabağ məsələsində olduqca həssasdır: "Və bu məsələ ölkə siyasətini birbaşa tənzimləmə gücünə sahibdir".

© Photo : TeleqrafPənah Hüseyn
Pənah Hüseyn - Sputnik Azərbaycan
Pənah Hüseyn

Son günlər Qarabağ ətrafında gedən müzakirələri şərh edən sabiq deputat bildirib ki, əgər rəsmi Bakı qarşısında beynəlxalq hüquqa zidd hansısa şərt irəli sürülməsə, Azərbaycan tərəfi ilk mərhələdə beş rayonun qaytarılması şərtinə müsbət cavab verəcək: "Azərbaycan hökuməti cəmiyyətin Qarabağla bağlı həssaslığını çox yaxşı bilir. Ona görə də, bu məsələdə olduqca ciddi davranır. Beş və ya yeddi rayon söhbəti, bütün bunlar ilk mərhələyə aid olan məsələlərdir. Əsas olan sonraki mərhələdir ki, bu da Dağlıq Qarabağın kimin nəzarətində olmasıdır. Əgər rəsmi Bakı qarşısında DQ-nin müqəddəratı ilə bağlı hər hansı güzəşt şərti irəli sürülsə, Azərbaycan tərəfi bunu heç vaxt qəbul etməyəcək".

Rusiya prezidenti Vladimir Putin KTMT-nin Yerevandakı çıxışının sonunda deyib ki, sabiq Sovet İttifaqı respublikaları ilə olan "müəyyən gərginliyi" də müzakirə ediblər: "Bizim üçün sabiq SSRİ respublikalarından hansısa birinin KTMT-yə daxil olub-olmaması vacib deyil. Əsas odur ki, bizim bütün bu ölkələrlə xüsusi, tarixi əlaqələrimiz var. Və onlar bu münasibətlərə nə qədər yaxındırsa, NATO ölkələri ilə əlaqələri də bir o qədər dərindir. Biz bunu görməməzliyə vura bilmərik".

Xəbər lenti
0