Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bəşər Əsəd: "Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir"

© Photo : Kp.ruSuriya prezidenti Bəşər Əsəd Rusiyanın "Komsomolskaya pravda" qəzetinin müxbiri Darya Aslamovaya müsahibə verərkən
Suriya prezidenti Bəşər Əsəd Rusiyanın Komsomolskaya pravda qəzetinin müxbiri Darya Aslamovaya müsahibə verərkən - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya lideri Rusiyanın Türkiyənin siyasətini dəyişə biləcəyinə inanır

BAKI, 13 okt — Sputnik. "Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir". Sputnik-in məlumatına görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd, Dəməşqdə "Komsomolskaya pravda"nın xüsusi müxbiri Darya Aslamovaya verdiyi müsahibədə deyib.

Müxbirin "Türkiyə Suriya sərhəddində Rusiyanın təyyarəsini vurdu. Buna görə Rusiyanın Türkiyəyə münasibəti dəyişdi. Ərdoğan üzr istəyəndən sonra biz dost olduq. Turizm, diplomatiya, ticarət sahəsində münasibətləri bərpa etdik. Siz necə düşünürsüz, bəlkə biz ruslar onun bizi satmasından sonra Ərdoğana etibar edərkən səhvə yol veririk?" sualına cavabında Əsəd deyib: "Mən buna yaxşı baxıram. Çünki Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir. Rusiya Türkiyənin siyasətini dəyişə bilər".

Əsəd özünün qanuni hakimiyyətinin davam etməsinin və Suriyada sülhün bərqərar olmasının tək yolunun Türkiyə-Rusiya münasibətlərinin ən yüksək səviyyəyə çatmasında gördüyünü bildirib.

Suriya lideri ölkəsində başlayan proseslərin əsl günahkarları, münaqişənin nizamlanmasında Qərbin və Rusiyanın rolu, İsrailin və bir sıra ekstremist təşkilatların bu münaqişədə tutduğu mövqe ilə bağlı jurnalistin suallarını cavablandırıb. Qəzet müsahibəni geniş şəkildə sabah yayımlayacağını açıqlayıb.

Xəbər lenti
0