Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Fyodor Yemelyanenkodan qisas alınır?

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidИнтервью участников турнира M-1 Challenge 53 Битва в Поднебесной
Интервью участников турнира M-1 Challenge 53 Битва в Поднебесной - Sputnik Azərbaycan
Abunə olmaq
Fyodor Yemelyanenko Çeçenistan prezidenti Ramzan Kadırovla qalmaqaldan sonra gündəmdən düşmür.

BAKI, 12 okt — Sputnik. Rusiyalı məşhur əlbəyaxa döyüş ustası, dünya çempionu Fyodor Yemelyanenkonun qızına naməlum şəxslər hücum ediblər. Bu barədə RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

9 yaşlı qız məktəbdən qayıdarkən naməlum şəxs (və ya şəxslər) ona hücum edərək sinəsindən zərbə endirib. 

"Buna baxmayaraq, qız möcüzəvi şəkildə özünü evə çatdırıb. Hadisə evin yaxınlığında baş verib. O əvvəlcə hadisəni demək istəməyib. Lakin ağrılar ona əziyyət verəndə hər şeyin üstü açılıb", deyə mənbə bildirib. 

Daha sonra zərərçəkmiş Təxirəsalınmaz uşaq cərrahiyyəsi və travmatologiyası institutuna aparılıb. Ona "döş qəfəsi və qarın boşluğunun zədəsi" diaqnozu qoyulub.

Mənbə zərbənin döyüş ustası olan idmançı tərəfindən vurulduğunu istisna etməyib. Çünki zərbə elə vurulub ki, zahirdən yeri bilinməsin, lakin effektiv olsun.

Xatırladaq ki, bir neçə gün öncə Çeçenistan rəhbəri Ramzan Kadırovun iştirakı ilə qaydasız döyüş üzrə yarış keçirilib. Qroznı şəhərində təşkil olunan yarışla bağlı reaksiyalar isə sərt olub. 8-10 yaşlı uşaqların, heç bir müdafiə geyimi olmadan rinqdə döyüşməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna ilk sərt reaksiya verən isə məhz Fyodor Yemelyanenko olub. Ondan sonra Ramzan Kadırova yaxın olan bəzi şəxslər Yemelyanenkonu hədələmişdilər.

Xəbər lenti
0