BAKI, 12 okt — Sputnik. Suriyada, o cümlədən Hələbdəki vəziyyətə görə ABŞ və onun tərəfdaşları məsuliyyət daşıyır.
RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Mən tamamilə əminəm ki regionda, o cümlədən Suriyada yaranan vəziyyətə görə, ilk növbədə ABŞ başda olmaqla bizim Qərb tərəfdaşlarımız məsuliyyət daşıyır. Suriyada hərbi cinayətlərə dair Rusiyaya qarşı səslənən ittihamlar isə mənasız, real vəziyyəti nəzərə almayan siyasi ritorikadır”, deyə Putin bildirib.
Onun sözlərinə görə, hazırda siyasi ritorika deyil, yaranmış vəziyyətdən çıxış yollarını axtarmaq lazımdır: “Münaqişəyə cəlb olunan tərəfləri böhranın siyasi yolla nizamlanmasına inandırmaq gərəkdir”.