Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin İstanbuldadır

© Sputnik / Sergey Guneev / Mediabanka keçidPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya-Türkiyə prezidentlərinin görüşündə iki ölkə münasibətlərinin normallaşması ilə bağlı məsələlər, həmçinin Suriya gündəmi müzakirə olunacaq

BAKI, 10 okt — Sputnik. Rusiya prezidenti Vladimir Putin Dünya Energetika Konqresinin xüsusi sessiyasında iştirak etmək üçün İstanbula səfər edib. Burada Rusiya lideri, həmçinin Türkiyə və Venesuela prezidentləri Rəcəb Tayyib Ərdoğan və Nikolas Maduro ilə görüşməlidir.

Azərbaycan və Rusiya prezidentləri - Sputnik Azərbaycan
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, Dünya Energetika Konqresi İstanbulda 9-13 oktyabr tarixlərində keçirilir. Forumda iştirak edən ölkə nümayəndələrinin təkbətək keçirəcəkləri görüşlərdə neft qiymətlərinin müzakirə olunması gözlənilir.

Putinlə Ərdoğanın görüşündə Rusiya-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı məsələlər, həmçinin aktual regional və beynəlxalq problemlər, o cümlədən Suriya gündəmi müzakirə olunacaq.

Rusiya XİN daha öncə bildirib ki, Rusiya-Türkiyə əməkdaşlığının konstruktiv olacağına dair tendensiyalar mövcuddur və birgə fəaliyyət həyata keçirilə bilər. Nazirlik Ankaranın Suriya məsələsində Rusiya ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

BMT Təhlükəsizlik Şurası şənbə günü Suriyaya dair təcili iclas keçirib. İclasda Fransa və Rusiyanın təklif etdikləri Suriya tənzimlənməsi barədə iki qətnamə layihəsi müzakirə edilib. Heç bir sənəd qəbul olunmayıb.

Putinlə gələcək görüşündən danışan Maduro bəyan edib ki, danışıqların nəticəsi olaraq OPEK-in neft bazarının sabitləşdirilməsi üzrə qərarına dair bəyanat verilə bilər.

OPEK sentyabrın 28-də Əlcəzairdə keçirdiyi qeyri-formal görüşdə hasilatın sutkada 32,5-33 mln barelə qədər məhdudlaşdırılması barədə razılığa gəlib, lakin hər bir ölkənin məhdudiyyəti barədə razılaşma hələ yoxdur. Yekun qərar noyabrın 30-da Vyanada keçiriləcək təşkilatın rəsmi görüşündə qəbul ediləcək.

Xəbər lenti
0