BAKI, 10 okt-Sputnik. Rusiya və Türkiyə "Türk axını" layihəsinin müzakirəsi çərçivəsində qaz qiymətlərində güzəştlə bağlı razılığa gəliblər.
Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
"Biz "Türk axını" layihəsi və əməkdaşlığın genişləndirilməsi çərçivəsində, o cümlədən qaz qiymətlərində güzəştləri təmin etmək barədə razılığa gəldik" — deyə Putin brifinqdə bildirib.
Qeyd edək ki, Rusiyanın dövlət başçısı Türkiyə üçün qaz endirimi ilə bağlı "Qazprom" şirkətinə müvafiq tapşırıqlar verib.
Bu gün İstanbulda Rusiya və Türkiyə prezidentləri iqtisadi məsələlərlə yanaşı Suriyadakı vəziyyəti də müzakirə ediblər.