BAKI, 5 okt — Sputnik. Xüsusi lüks smartfonların hazırlanması üzrə ixtisaslaşmış Caviar şirkəti Rusiya prezidenti Vladimir Putinin ad günü münasibətilə üzərində dövlət başçısının qızılla bəzədilmiş barelyefi olan məhdud sayda iPhone 7 istehsal edib.
Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə məlumatı şirkətin özü yayıb.
Smartfonun modeli Supremo Putin Damascus adlanır. Telefonun korpusu Dəməşq poladı ilə haşiyələnib. Üzərində RF-nın herbi, prezidentin barelyefi və onun fikrindən bu sitat həkk olunub: “Biz bütün çağırışlara cavab veririk! Rusiyanın rifahı naminə çalışacağıq".
Telefonun dizaynı iki variantda hazırlanıb: monoton titan qammalı və bi-metal, soyuq polad fon və qızıl elementlər.
Smartfon məhdud sayda istehsal olunub. Satışa cəmi 64 nüsxə çıxarılıb.
Bu cihaz 128 gb və 256 gb yaddaşla buraxılıb. Yeni telefonun qiyməti 207 min rubldan başlayır. Sarı qızılla hazırlanmış telefonun qiyməti isə 232 min rubldur. Ağ qızılla işlənmiş telefonun yaddaşı o birininkindən çoxdur.
Qeyd edək ki, Putin ad gününü oktyabrın 7-də qeyd edəcək.