QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qoşunlarının qarşıdurma xəttində monitorinq keçiriləcək

Abunə olmaq
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq keçirəcək

BAKI, 4 okt — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq keçirəcək.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi Almaniya Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petriça və Saymon Tiller keçirəcəklər.

Xəbər lenti
0