BAKI, 30 sen-Sputnik. Rusiyanın Pskov vilayətində fərdi evdə baş verən yanğında üç uşaq ölüb.
Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə sentyabrın 30-da gecə Novosokolniki rayonunun Çirki yaşayış məntəqəsində qeydə alınıb.
Birmərtəbəli taxta evdə baş verən yanğından sonra üç azyaşlının meyiti dağıntılar altında aşkarlanıb.
Yanğın 50 kvadratmetrlik sahədə baş verib. Hadisənin səbəbləri araşdırlır.
Qeyd edək ki, sentyabrın 23-də Rusiyanın Omsk vilayətində fərdi evdə baş verən yanğında isə dörd uşaq ölmüşdü.