Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Rusiyanı silsilə terror aktları ilə təhdid etdi

© Flickr / Chuck Hagel Con Kirbi
Con Kirbi - Sputnik Azərbaycan
Abunə olmaq
Con Kirbi: "Suriyadakı müharibə davam edərsə, bir çox rus şəhərlərində iri terror aktları törədilə bilər. O cümlədən də, Rusiyanın Suriyadakı əsgərləri ciddi ziyan görə bilər"

BAKI, 29 sen — Sputnik. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Rusiyanın ünvanına təhdidedici mesajlar göndərib. O deyib ki, əgər Suriyada müharibə davam edərsə, radikal qruplar Rusiyanın şəhərlərini qana bulaya bilər. Sputnik bu barədə RT-yə istinadən xəbər verir.

ABŞ Konqresi - Sputnik Azərbaycan
RUSİYA
ABŞ-da Rusiyaya qarşı yeni cəbhə açılır

"Bu, həm Rusiyanın öz ərazisində, həm də kənar ölkələrdəki hərbi bazalarında baş verə bilər. Əgər Suriyadakı müharibə davam etsə, radikal qruplar Rusiyaya qarşı cəbhəni genişləndirə bilər. Məsələn, bir çox rus şəhərlərində iri terror aktları törədilə bilər. O cümlədən də, Rusiyanın Suriyadakı əsgərləri ciddi ziyan görə bilər", — o bildirib.

Con Kirbi qeyd edib ki, mövcud vəziyyət Rusiyanın mənfəətlərinə yaramır: "Heç şübhəsiz ki, bu vəziyyət Kremlin maraqları ilə üst-üstə düşməz. Ona görə də, rus hökuməti Suriyadakı müharibənin sonlanmasında maraqlı olmalıdır. Sivil qətliamını durdurmalıdır. Əks halda Rusiyanın böyük şəhərlərində iri həcmli terror aktları qaçılmaz olacaq. Və Suriyadakı rus əsgərləri cəsəd torbaları ilə ölkələrinə geri qayıdacaqlar".

Xəbər lenti
0