BAKI, 28 sen — Sputnik. Rusiya prezidenti Vladimir Putin oktyabr ayında Türkiyəyə səfər edə bilər. Sputnik Star-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bu, istisna edilmir. Bütün hazırlıqlar başa çatan zaman müvafiq bəyanatla çıxış edəcəyik", — deyə D.Peskov vurğulayıb.