BAKI, 27 sen — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım rusiyalı həmkarı Dmitri Medvedevlə telefonla danışıb.
Sputnik xəbər verir ki, liderlər "Türk axını" boru kəmərinin və "Akkuyu" AES-in tikintisi məsələsini müzakirə ediblər.
"Dmitri Medvedev və Binəli Yıldırım ticari-iqtisadi məsələləri, o cümlədən "Türk axını" boru kəmərinin və "Akkuyu" AES-in tikintisi ilə bağlı müzakirə aparıblar. Hökumət başçıları həmçinin ikitərəfli perspektiv əlaqələri müzakirə ediblər" — deyə Kremlin məlumatında bildirilir.
Söhbət zamanı Yıldırım Medvedevi Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi və seçkilərdə "Vahid Rusiya" Partiyasının qələbə qazanması münasibətilə təbrik edib. Türkiyənin baş naziri rəhbərlik etdiyi hökumətin Rusiya-Türkiyə münasibətlərinin inkişafında maraqlı olduğunu vurğulayıb.