Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın döyüş gəmiləri və hərbi helikopteri Bakı limanına yan alıb

© Rusiya müdafiə nazirliyi / Mediabanka keçidXəzər donanmasına aid kiçik raket gəmisi "Uqliç" Azərbaycanla əməkdaşlıq çərçivəsində Bakıya yan alıb
Xəzər donanmasına aid kiçik raket gəmisi Uqliç Azərbaycanla əməkdaşlıq çərçivəsində Bakıya yan alıb - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd iki ölkənin Xəzər dənizindəki donanmaları arasında əməkdaşlığın və inkişafın möhkəmləndirilməsidir

BAKI, 26 sen — Sputnik. Xəzər donanmasına aid kiçik raket gəmisi "Uqliç" Azərbaycanla əməkdaşlıq çərçivəsində Bakıya yan alıb. Səfər zamanı komandanlıqlar arasında peşəkar fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Fövqaladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
HADİSƏ
FHN: Xəzərdə Rusiya gəmisində yanğının söndürülməsi davam edir

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib. "Xəzər donanmasının kiçik raket gəmisi "Uqliç" Xəzər donanmasının bayrağı və kontr-admiral Sergey Pinçukun komandanlığı altında Mahaçqala portundakı bazadan yola düşüb və Azərbaycan Respublikasının Bakı portuna yan alıb. Rusiya dənizçiləri Bakı portuna işgüzar məqsədlə, iki ölkənin Xəzər dənizindəki donanmaları arasında əməkdaşlığın və inkişafın möhkəmləndirilməsi çərçivəsində səfər edib" — deyə məlumatda bildirilir.

"Uqliç" gəmisinin Bakıda Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin rəsmi şəxsləri, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycanın ali hərbi dənizçilik məktəbinin zabit və kursantları və müəllim heyəti tərəfindən qarşılanması planlaşdırılıb.

Gəminin komanda heyəti ADEX-2016 Azərbaycan Beynəlxalq Hərbi sərgisində iştirak edəcək. Rusiyalı dənizçilər 1977-1984-cü illərdə donanmaya komandanlıq etmiş vitse-admiral Həmid Həbib oğlu Qasımbəyovun qəbrinə, Heydər Əliyevin memorialına və Fəxri Xiyabanda dəfn olunmuş Azərbaycan Respublikasının görkəmli şəxsiyyətlərinin məzarları üzərinə hərbçilər adından gül dəstələri qoyacaqlar.

İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin ikinci dərəcəli yeni sərhəd gözətçi gəmisi ilə tanış olub - Sputnik Azərbaycan
Göyərtəsinə helikopterin enməsi mümkün olan gəmi Xəzərdə dövlət sərhədlərimizi qoruyacaq

Qeyd edək ki, Bakıda keçiriləcək ADEX-2016 sərgisinə "Rosoboroneksport"-un stendi altında 300 adda hərbi məhsul təqdim ediləcək. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. ADEX-2016 Beynəlxalq Müdafiə sərgisi 27-30 sentyabr tarixlərində Bakıda keçiriləcək. Burada 30 ölkədən 200-dən artıq şirkət iştirak edəcək.

"Dövlət vasitəçisinin stendində hərbi təyinatlı 300-dən artıq məhsul nümayiş etdiriləcək. Bu stenddə xarici sifarişçilər Rusiyanın perspektivli hərbi texnika modelləri ilə tanış ola biləcəklər. Onların arasında "Тигр" növünə aid xüsusi zirehli maşın, "Бе-200" çoxfunksiyalı patrul təyyarə-amfibiya, "Тор-М2КМ" zenit raket kompleksi, Т-90С tankı, "Molniya" layihəli raket kateri və "1124М" layihəsinə məxsus kiçik qayıq əleyhinə gəmi də var", — deyə məlumatda bildirilir.

Hərbi sənaye kompleksinin müəssisələri həmçinin "ADEX-2016"-ya hərbi texnika və silahların həqiqi nümunələrini gətirəcəklər. Belə ki, "Yüksək dəqiqlikli komplekslər" ASC Bakıda müasir tank əleyhinə "Metis M1" sistemlərini, yüksək dəqiqlikli "Krasnopol-M2" artilleriya komplekslərini, yüksək dəqiqlikli "Qran" minomyot kompleksini, "Pantsir-C1" zenit-raket kompleksləri üçün raketlərini, AQS-30 qranatomyotlarını, həmçinin kiçik ölçülü odlu silahları gətirəcəklər. "Uralvaqonzavod NPK" AC modernləşdirilmiş T-72 tanklarını xüsusi meydançada nümayiş etdirəcək.

"Rosoboroneksporta"nın mütəxəssisləri işgüzar proqram çərçivəsində xarici şirkətlərdən olan tərəfdaşları ilə danışıqlar aparmağı planlaşdırır. Sərgi çərçivəsindəki görüşlər zamanı Rusiya silahlarının və hərbi texnikasının müxtəlif variantları, onların çatdırılması və satışdan sonrakı xidmətlərlə bağlı məsələlər müzakirə ediləcək. Xüsusi silah ixracatçıları bu sərgi çərçivəsində özlərinin müxtəlif təyinatlı silahlarının istehsalı və təkmilləşdirilməsi, hərbi təyinatlı məhsulların yeni nümunələri ilə bağlı məlumatlar verəcək, Rusiya silahlı qüvvələrinin və müdafiə strukturlarının xarici tərəfdaşlarla əməkdaşlığına dair müzakirələr aparacaqlar.

"Vertolyotı Rossii" holdinqi də Bakıda açılacaq ADEX-2016 sərgisində yeni döyüş və mülki helikopterləri təqdim edəcək. Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, "Vertolyotı Rossii" ADEX-2016-ya 300 adda silah nümunəsi gətirəcək.

Holdinqin baş direktorunun müavini İqor Çeçikov bildirib ki, Azərbaycan "Vertolyotı Rossii" holdinqinin vacib tərəfdaşlarından biridir. Onun sözlərinə görə, Azərbaycan hökuməti hava nəqliyyatı parkının yenilənməsinə xüsusi diqqət yetirir, daim onu müasir helikopterlərlə yeniləyir.

"Tədbir çərçivəsində "Vertolyotı Rossii" mülki və hərbi vertolyotların aktual modellərini nümayiş etdirəcək. Eyni zamanda özünün yeni məhsullarını təqdim edəcək. Tamaşaçılar Mi-38 sərnişin-nəqliyyat vertolyotu, Mi-28NE və Ka-52 "Alliqator" modelləri ilə tanış olacaqlar." — deyə şirkətin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbər lenti
0