BAKI, 22 sen — Sputnik. Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının keçmiş sədri Sergey Narışkinə Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsini təklif edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə yaxın vaxtlarda prezidentin müvafiq fərman imzalayacağını bildirib.
Hazırda Xarici Kəşfiyyat Xidmətinin sədri olan Mixail Fradkovun isə "Rusiya Dəmir Yolları" direktorlar şurasının rəhbəri vəzifəsinə təyin olacağı gözlənilir.