Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə-Rusiya yaxınlaşması doğru seçim kimi qiymətləndirilir

© svopi.ruTürkiyə və Rusiya bayrağı
Türkiyə və Rusiya bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik oxucularının əksəriyyəti Ankaranın Qərbdən uzaqlaşıb Moskva ilə yaxınlaşmasını alqışlayır

BAKI, 20 sen — Sputnik. Sputnik Azərbaycan-ın oxucularının 34,1%-i Türkiyənin Rusiyaya yaxınlaşmasını doğru seçim kimi qiymətləndirib. Belə ki, Sputnik xəbər agentliyi Türkiyə-Rusiya yaxınlaşmasına oxucuların necə yanaşdığını öyrənmək məqsədilə öz sorğu bölməsində "Türkiyənin Qərbdən uzaqlaşıb Rusiyaya yaxınlaşmasına necə baxırsınız?" sualını ünvanlayıb.

Oxuculara bu cavab variantları təklif edilib:

Maksim Şevçenko - Sputnik Azərbaycan
RUSİYA
"Rusiya-Türkiyə ittifaqı qurulmalıdır"

1. Bu, doğru seçimdir;
2. Türkiyə üçün təhlükəli gedişdir;
3. Qərbin davranışları Türkiyəni buna məcbur edir;
4. İstənilən halda balans siyasəti qorunmalıdır;
5. Bu proses müvəqqəti xarakter daşıyır.

Oxucuların 34.1%-i Türkiyənin Rusiyaya yaxınlaşmasını doğru seçim hesab edib. 26.8% oxucu hesab edir ki, Qərbin davranışları Türkiyəni bu addımı atmağa məcbur edir. "İstənilən halda balans siyasəti qorunmalıdır" deyənlər 18.3% təşkil edib.

Türkiyənin Rusiyaya yaxınlaşmasını müvəqqəti hal hesab edənlər 11% olub. Oxucuların yalnız 9.8% —i hesab edir ki, Moskva ilə yaxınlaşma rəsmi Ankara üçün təhlükəli gedişdir.

Məlumat üçün qeyd edək ki, Sputnik portalının sorğuları periodikdir və keçirildiyi dövrdə aktual olan məsələlərə həsr edilir. Sorğuda yalnız sputnik.az saytının oxucuları iştirak edirlər.

Xəbər lenti
0